RU

Amerika Kuboku: Messinin 1/4 finalında oynayıb-oynamayacağı bilindi

Amerika Kubokunun qrup mərhələsinin 2-ci turunun Çili ilə oyununda (1:0) yüngül zədə alan Lionel Messi Peru ilə oyunu (2:0) buraxmalı olmuşdu. Messinin Ekvadorla 1/4 final oyununda iştirakı da sual altında idi. Matc.az xəbər verir ki, həkimlər Messinin bu qarşılaşmada iştirakına yaşıl işıq yandırıblar. Dünya futbolunun əfsanəsinin start heyətində meydana çıxacağı gözlənilir. Xatırladaq ki, Messi karyerasında ilk dəfə beynəlxalq turnirin qrup mərhələsini qol vurmadan başa vurub. Bununla belə, “İnter Mayami”nin forvardı Kanada ilə 1-ci tur matçında (2:0) məhsuldar ötürmə edib. Amerika Kuboku 2024-ün 1/4 final mərhələsinin Argentina - Ekvador oyunu iyulun 4-dən 5-nə keçən gecə baş tutacaq. Bu görüşün qalibi yarımfinalda Venesuela - Kanada cütünün qalibi ilə qarşılaşacaq.  

Избранный
142
matc.az

1Источники