RU

“Eramet” Argentinada litium zavodunun tikintisinə 800 milyon dollar sərmayə qoyacaq

Fransanın “Eramet” qrupu və onun törəmə şirkəti “Eramine” Argentinanın Salta əyalətində ikinci litium zavodunun tikintisinə 800 milyon dollar sərmayə qoymağı planlaşdırır. 

Valyuta.az xəbər verir ki, bu barədə çərşənbə günü Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Eramet” və onun törəmə şirkəti "Eramine" layihənin ikinci mərhələsinə əlavə 800 milyon dollar sərmayə qoymağı planlaşdırdıqlarını təsdiqləyiblər ki, onun həyata keçirilməsi hökumətin elan etdiyi fiskal tədbirlərin həyata keçirilməsindən asılı olacaq. Bu mərhələ birincidən 70 km məsafədə yerləşən zavod ikinci fazanın tikintisindən ibarət olacaq”, - deyə məlumatda bildirilir.

Çərşənbə günü dəniz səviyyəsindən 3870 m yüksəklikdə yerləşən “Eramine” sənaye kompleksinin ilk zavodunun açılışı olub. "Birinci mərhələdə layihə potensial olaraq ildə 24 min ton litium karbonat istehsal edəcək", - XİN-dən bildiriblər. Layihədə “Eramet”in tərəfdaşı Çinin Tsingshan metallurgiya şirkətidir. Onların investisiyalarının həcmi artıq 800 milyon dollardan artıqdır.

Nicat

Избранный
66
valyuta.az

1Источники