RU

Samsung uzana bilən elastiki ekranı patentləşdirib

     Samsung şirkəti Çində uzana bilən elastiki ekranı patentləşdirib. Patent sənədlərindəki məlumata əsasən bu cür ekrana həmçinin ayrıca fiziki klaviaturanı da qoşmaq mümkündür. Patent fotolarına əsasən adi vəziyyətdə ekran kvadrat formalı planşeti xatırladır. Onun aşağı hissəsində isə şarnir konstruksiyasının olması nəzərdə tutulub. Məhz həmin şarnir konstruksiya ekranın 1/4 hissəsini 180 dərəcə qatlamağa imkan verir. Ayrıca fiziki klaviaturanın da bu hissəyə qoşulması nəzərdə tutulub. Bu halda ekran artıq noutbuku xatırladır. Ekranın yuxarı hissəsi isə uzana bilmə imkanına sahib olmalıdır. Bunun sayəsində o öz ölçüsünü böyüdə bilər. Samsung-un gələcəkdə bu cür cihazın kommersiya məqsədli versiyasını istehsal edib-etməyəcəyi bilinmir.

Избранный
236
technote.az

1Источники