Hindistanın baş naziri Narendra Modinin Rusiyaya rəsmi səfəri iyulun 8-9-da baş tutacaq, Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqlarda ənənəvi dostluq münasibətləri olan Rusiya-Hindistan münasibətlərinin gələcək inkişaf perspektivləri, həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələlər müzakirə olunacaq”, - məlumatda deyilir.
Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Moskva bu səfərə böyük əhəmiyyət verir.
"Bu, Modinin seçkilərdən sonra ilk olmasa da, praktiki olaraq ilk səfərlərindən biri olacaq", - dövlət başçısının köməkçisi qeyd edib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunun “çox vacib səfər” olacağını qeyd edib.
Oxuməni.az