RU

Almaniyada Şolts partiyasının qərargahı atəşə tutuldu

Almaniyada kasler Olaf Şoltsun rəhbəri olduğu siyasi partiyanın qərargahı atəşə tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, Saksoniya ştatında seçkilərə bir neçə həftə qalmış naməlum şəxslər SPD partiyasının Drezdendəki qərargahını atəşə tutublar.

“Hazırda belə bir cinayətin siyasi motivinin istisna edilməməsi faktı bizi əlavə təhlükəsizlik tədbirləri görmək barədə düşünməyə vadar edib. Ancaq bir şey aydındır: bu heç bir halda bizi qorxutmayacaq”, - deyə Saksoniyadakı SPD lideri Henning Homann bildirib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
1
bizim.media

2Источники