RU

Kristof Düqarri AÇ-2024-dəki oyun keyfiyyətini tənqid etdi

Fransa yığmasının keçmiş hücumçusu Kristof Düqarri Avropa çempionatındakı (AÇ-2024) oyun keyfiyyətindən söhbət açıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Təxmin edilir ki, bütün mövsüm boyu bizi sevindirmiş ən yaxşı avropalı oyunçuların baş-başa qarşılaşmasını görməliyik. Hər kəs isə öz-özünə deyir: “Görəsən, onlardan hansı daha yaxşıdır? Şən olacaq. Bəh-bəh, televizorun qarşısında oturub oyundan heç vaxt olmadığı qədər həzz alacağam”. Ancaq yarış ölümcülcəsinə darıxdırıcıdır. Bu, axıntıdır”, deyə Kristof Düqarri oyun keyfiyyətindən danışarkən, əslində keyfiyyətsizliyi təsvir etdiyini başa düşməyə əsas verib.

Xatırladaq ki, AÇ-2024-də artıq 5 oyun “quru” (0:0) hesabla, 7 oyun isə 1:0 hesabı ilə başa çatıb. İndiyə qədər keçirilmiş 44 oyunda öz qapısına vurulmuş qollar “ən sərrast oyunçu” adına iddialıdır – 9 avtoqol. Bombardirlər yarışında liderlər 3 qol vurublar, məhsuldar ötürmə vermiş futbolçular isə 2 rəqəmini aşa bilməyiblər.

Избранный
64
arena.az

1Источники