RU

Pekin Almaniyanın iqtisadi əməkdaşlığı siyasiləşdirməsinə qarşıdır - ÖZƏL

"Ümid edirik ki, Almaniya Çindən və dünyanın başqa yerlərindən olan şirkətlər üçün ədalətli və ayrı-seçkiliyə yol verməyən biznes mühiti təmin edəcək".Bunu   Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning brifinqdə bildirib.

Olaylar.az xəbər verir ki, Mao Ning deyib  ki,    Pekin Berlinin iqtisadi əməkdaşlığı siyasiləşdirməsinə, Çin və Almaniya arasında işgüzar qarşılıqlı fəaliyyətə süni maneələr yaratmasına qarşıdır.

"Çin normal işgüzar əməkdaşlığın siyasi və təhlükəsizlik məsələlərinə çevrilməsinə və bu cür əməkdaşlıq üçün maneələrin yaradılmasına qarşıdır. Ümid edirik ki, Almaniya Çindən və dünyanın başqa yerlərindən olan şirkətlər üçün ədalətli və ayrı-seçkiliyə yol verilməyən biznes mühiti təmin edəcək".

Mao Ning Çin və Almaniyanın "bir-birinin mühüm ticarət tərəfdaşları" olduğunu vurğulayıb. Hər iki ölkə "qarşılıqlı fayda ruhunda və bazar qaydalarına uyğun olaraq, hər iki ölkənin maraqlarına xidmət edən ticarət-iqtisadi əməkdaşlığı artırmalıdır" 

Daha əvvəl DPA agentliyi Almaniyanın vitse-kansleri, iqtisadi işlər və iqlimin mühafizəsi naziri Robert Habekə istinadən xəbər vermişdi ki, Almaniya rəhbərliyi Almaniyanın MAN Energy Solutions şirkətinə məxsus qaz turbinlərinin istehsalının Çinin CSIC Longjiang şirkətinə satılmasını qadağan edib. . İnformasiya agentliyinin məlumatına görə, söhbət mümkün informasiya sızmalarından qorunmalı olan ictimai təhlükəsizliyə aid texnologiyalardan gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
olaylar.az

1Источники