RU

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir.Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərləbərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasındaəlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalqtəşkilatlar çərçivəsində münasibətləri yüksələn xətlə inkişaf edir.Beynəlxalq baxışın yüksək səviyyədə olması Azərbaycana böyükinamın, etimadın göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeydetməliyik ki, ölkələrin dövlət başçılarının şəxsi dostluqmünasibətləri də əlaqələrin möhkəmlənməsində, yeni prioritetlərüzrə inkişafında əsas faktorlardan biridir. Bu gün Azərbaycan-Çinmünasibətlərinin fonunda həm ölkələrin, həm də liderlərin şəxsidostluq münasibətlərinin yol açdığı uğurları görürük. ŞanxayƏməkdaşlıq təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Astanadasəfərdə olan Prezident İlham Əliyevin Çin, Türkiyə, Rusiya,Pakistan, Qazaxıstan liderləri ilə keçirdiyi görüşlərmünasibətlərimizin dünəninin, bu gününün və onların əsasındaperspektivlərin aydın mənzərəsini yaratdı. Bu görüşlərAzərbaycanın, onun Prezidentinin beynəlxalq nüfuzunun təsdiqidir.Bu mühüm məqam beynəlxalq səviyyədə də qeyd edilir ki, tədbirlərinhansı məkanda keçirilməsindən asılı olmayaraq əsas diqqətAzərbaycana yönəlir. Təbii ki, bu diqqəti şərtləndirən xeyli saydaamillər mövcuddur. Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzqazanması, yerləşdiyi coğrafi məkan, ölkələr, xalqlar arasındaqurduğu yeni körpülər daim yeni əməkdaşlıq formatlarınınyaradılmasını şərtləndirir.

Bu fikirləri Trend-ə YeniAzərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasielmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Astana Zirvə görüşü çərçivəsində“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındastrateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ninqəbulu iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələninəsası kimi dəyərləndirilir. Çin ilə ikitərəfli münasibətlərininkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsasprioritetlərindən biridir. Azərbaycanla Çin arasında diplomatikmünasibətlərin qurulduğu 1992-ci ildən etibarən iki ölkə arasındaəməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyəyüksəlib. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasındaqarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluqmünasibətləri mövcuddur. Dövlət başçısı İlham Əliyevin Çin XalqRespublikasının Sədri Si Cinpin ilə görüşündə ölkələrimiz arasındadostluq, tərəfdaşlıq münasibətləri əsaslı şəkildə diqqətəçatdırıldı. Dövlət başçısı İlham Əliyev Çin Xalq RespublikasınınSədri Si Cinpin ilə görüşündə imzalanan Bəyannamənin iki ölkənirəsmi olaraq strateji tərəfdaşlara çevirdiyini vurğuladı. Bildirdiki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir.Gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfliəlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik.Çin-Azərbaycan əlaqələrinin səmimiyyətə və qarşılıqlı etimadaəsaslandığını bildirən Si Cinpin bu mühüm məqamı da xüsusi qeydetdi ki, iki dövlət arasında münasibətlər həmişə sağlam və sabitşəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəlinəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Qəbul edilənBirgə Bəyannamə ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıqsəviyyəsinə yüksəldiyinin təsdiqidir. Bu mühüm sənəd, eyni zamanda,münasibətlərdə yeni bir başlanğıc nöqtəsidir. Belə bir əminlik dəifadə edildi ki, xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyiartırmağa davam edəcəyik.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Bəyannaməninəsas müddəalarında da qeyd edildiyi kimi, tərəflərin stratejitərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlıdəstəyə əsaslanır. Azərbaycanla Çin xarici amillərdən asılıolmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. Münasibətlərərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərəqarışmama prinsiplərinə əsaslanır. Azərbaycan “Vahid Çin”prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çinin ayrılmaz hissəsikimi qəbul edir. Azərbaycanla Çin milli, regional və qlobaltəhlükəsizliyin vacib məsələləri ilə bağlı sıx əlaqə vəkoordinasiya saxlayır, öz ərazisindən hər hansı bir qüvvənin digərtərəfə qarşı istifadəsinə imkan vermir. Tərəflər BMT himayəsialtında beynəlxalq sistemi dəstəkləyir, BMT Nizamnaməsinin məqsədvə prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsasnormalarına riayət edir, hegemonluğa və güc siyasətinə qarşıdır,real çoxtərəfliliyə sadiqdir. Ümumilikdə sənəd iki ölkəninmünasibətlərində öndə saxladıqları əsas prinsiplərin təqdimatıdır.Onu da qeyd edək ki, Azərbaycanla Çin “Bir kəmər, bir yol”çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. ÇinTransxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisində vəistismarında fəal iştirak edir.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Çin Azərbaycanın beş əsasticarət tərəfdaşından biridir. Statistik rəqəmlərə diqqət yetirsəkgörərik ki, ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi3,1 milyard dollar təşkil edib. Həmçinin, hazırda ölkəmizdə 300-dənçox Çin şirkəti qeydiyyata alınıb ki, onlar sənaye, kəndtəsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrindəaktiv fəaliyyət göstərirlər. İnvestisiyaların həcminə gəldikdə isə,Çin Azərbaycan iqtisadiyyatına 930,8 mln. dollar, Azərbaycan isəÇin iqtisadiyyatına 263,3 mln. dollar həcmində investisiya qoyub.Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan Çinin irəlisürdüyü “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdənbiridir. Ölkəmiz Çinlə nəqliyyat-logistikaya dair qlobaltəşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz buistiqamətdə mühüm addımları ilə diqqətdədir. Belə ki, Azərbaycan“Kəmər və Yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizininfrastrukturunun inkişafına əhəmiyyətli investisiyalaryatırıb.

Vüqar Rəhimzadə Azərbaycan-Çin münasibətlərinin qısa təhliliəsasında bu qənaətini açıqlayıb ki, qarşılıqlı etimadmünasibətlərin yüksələn xətlə inkişafında, həmçinin yeniprioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Buəlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Əməkdaşlığıninkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin dərolu böyükdür. Ümumilikdə, dövlət başçısı İlham Əliyevin Çin XalqRespublikasının Sədri Si Cinpin ilə görüşü iki ölkə arasındadialoqu daha da intensivləşdirəcək, strateji tərəfdaşlıqsəviyyəsinə yüksələn ikitərəfli münasibətlər yeni məzmun vəkeyfiyyət qazanacaq.

Məqalədə:
Избранный
46
9
az.trend.az

10Источники