RU

Konstitusiya Məhkəməsində İraq Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. Trend:

İyulun 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindəölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Ali MəhkəməŞurasının sədri Faiq Zidanın başçılıq etdiyi nümayəndə heyəti iləgörüş keçirilib.

Trend xəbər verir ki, görüşdəKonstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyiqurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, busəfər Azərbaycan üçün tarixi hadisələrin cərəyan etdiyi dövrətəsadüf edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə işğaldan azad edilmiş Azərbaycan torpaqlarındaAzərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi bərpaedilib və bu il sentyabrın 1-də ilk dəfə həmin ərazilərdə MilliMəclisə seçkilər keçiriləcək.

İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri Faiq Zidanətraflı məlumata və yüksək qonaqpərvərliyə görə minnətdarlığınıbildirib. O, qeyd edib ki, rəsmi səfərin məqsədi məhkəmə sahəsindəəlaqələrin qurulması və əməkdaşlıq istiqamətlərininmüəyyənləşdirilməsidir. Qonaq iki ölkə arasında məhkəmə-hüquqəməkdaşlığının vacibliyinə toxunaraq, İraq Respublikasındakonstitusiya ədalət mühakiməsini həyata keçirən Federal AliMəhkəməsinin, təmsil etdiyi ölkənin məhkəmə orqanlarınınfəaliyyətinin istiqamətləri və praktiki işindən bəhs edib.

Tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, məhkəmə-hüquqəməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri vəAparatın məsul əməkdaşları iştirak ediblər.

Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilətanış olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
17
az.trend.az

10Источники