RU

Məşhur aparıcıya həbs tələbi: 4 il 6 aya qədər...

Türkiyəli məşhur model və aparıcı Deniz Akkayanın qızına qarşı zorakılıq etməsi ilə bağlı başladılan istintaq tamamlanıb.

Publika.az xəbər verir ki, may ayında Deniz Akkayanın 16 yaşlı qızına qarşı zorakılıq tətbiq etdiyi iddiası irəli sürülüb. İddialardan sonra İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

İddianamədə Deniz Akkayanın qızına “tabeliyində olan şəxsi silahla qəsdən yaralama” maddəsi ilə 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası istənilib.

İstintaq zamanı Akkayanın qızı şikayətindən imtina etdiyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
50
publika.az

10Источники