İsrailin Qəzzaya hücumlarında can itkisi 38 min 11-ə, yaralıların sayı isə 87 min 445-ə yüksəlib.
7NEWS.az xəbər verir ki, İsrail 272 gündür Qəzza zolağında qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 4 hücumda 58 fələstinlinin həyatını itirdiyi, 179 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 38 min 11-ə, yaralı sayının isə 87 min 445-ə yüksəldiyi qeyd edilib.
7NEWS.az