RU

Putindən İstanbul açıqlaması: "Saziş hazır şəkildə masada gözləyir"

Moskva ilə Kiyev arasında İstanbulda paraflanan sazişlər masada qalır və sülh yolu ilə nizamlanmanın əsasını təşkil edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri 2022-ci ilin martında nümayəndə heyətlərinin görüşünün təşkilinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

“Bu razılaşmalar masa üzərində qalır və bu danışıqların davam etdirilməsi üçün əsas kimi istifadə oluna bilər”, - Putin vurğulayıb.

Rusiya prezidenti hesab edir ki, Ukrayna heyətinin rəhbəri tərəfindən paraflanan saziş Kiyev üçün kifayət qədər uyğun idi. Putin Ukraynanın qəbul etdiyi anlaşmadan geri çəkilməsinə görə ABŞ və Böyük Britaniyanı ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
teleqraf.com

1Источники