Volodimir Zelenski rus ordusuna qarşı Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb.
Ölkə.Az xəbər verir ki, bunu Ukrayna prezidenti "Blomberg"ə müsahibəsində deyib.
Zelenski deyib ki, Ukrayna Silahlı Qüvvələri müttəfiqlərdən hərbi yardım gəldikdə yeni əks-hücum əməliyyatına başlaya bilər.
“Ukrayna ordusu canlı qüvvə baxımından bir neçə ay əvvəlkinə nisbətən daha yaxşı vəziyyətdədir və yeni əks-hücum onların komplektləşdirilməsi məsələsidir”, - Zelenski bildirib.
Ukrayna prezidenti əlavə edib ki, hazırda 28-35 min əsgərdən ibarət 14-ə yaxın briqada Amerika və Avropa müttəfiqlərindən silah tədarükündə gecikmələr səbəbindən döyüşə hazır deyil.
Mürtəza
Ölkə.Az