RU

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün ilkin və əsas mərhələlərinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.

Mübarizəyə ilkin mərhələdən başlayacaq Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 20-25-i aralığında İsveçdə keçiriləcək.

Избранный
161
4
sportal.az

5Источники