RU

"Qarabağ"ın 2 rəqibi müəyyənləşdi

"Qarabağ"ın yay təlim-məşq toplanışındakı rəqibləri müəyyənləşib.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıdakı hazırlığı başa vuraraq iyulun 5-də Avstriyaya yola düşəcək. Bu barədə klub məlumat yayıb.

"Köhlən atlar"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Qurban Qurbanovun komandası iyulun 9-da Bakı vaxt ilə saat 14:30-da "Kaiserslautern" (Almaniya), həmin gün saat 20:00-da isə "Viktoria Plzen" (Çexiya) klubları ilə üz-üzə gələcək.

Növbəti yoldaşlıq oyunlarındakı rəqiblər və matçların vaxtı barədə daha sonra məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
1
publika.az

2Источники