RU

Azərbaycanda ilk dəfə abituriyentlər üçün innovativ ixtisas seçimi platforması istifadəyə verilib

Bakı. Trend:

Azərbaycanda ilk dəfə abituriyentlər üçün “SmartAbituriyent”ağıllı platforma istifadəyə verilib.

Trend xəbər verir ki, platforma müasir texnologiyaların gücündənistifadə edərək abituriyentlərin topladıqları ballar və maraqdaiərələri əsasında ən uyğun ixtisasları və universitetlərisaniyələr içində təklif edir. Abituriyent artıq ənənəvi yollaixtisas seçimi etmir.

Müasir tələblərə cavab verən “SmartAbituriyent” platformasıabituriyentlər və valideynlər üçün ixtisas seçimində tammüstəqillik və rahatlıq təmin edir. Platforma İT sahəsində əntanınmış mütəxəssislər Teymur Hacıyev və onun komandası tərəfindənyaradılıb. Teymur Hacıyev 2009-cu ildə beynəlxalq İT imtahanındailk yer qazandığı üçün Prezident İlham Əliyev tərəfindən “Tərəqqi”medalı ilə təltif olunub.

“SmartAbituriyent” platformasının “Ali təhsil müəssisələri”bölməsindən ölkədəki bütün ali təhsil müəssisələrinin ətraflısiyahısını və məlumatlarını tapmaq mümkündür. Müxtəlifkateqoriyalar üzrə filtrləmə funksiyası mövcuddur ki, bu da seçimprosesini asanlaşdırır. Məsələn, yataqxana imkanları olanuniversitetləri, ikili diplom proqramları təklif edənuniversitetləri, təhsil proqramlarının dili, təhsil haqları və dahaçoxunu bu bölmədə asanlıqla müəyyən etmək olur. Hər bir universitethaqqında ətraflı məlumatlar, qəbul şərtləri, fakültələr vəproqramlar kimi vacib məlumatlar da daxil olmaqla təqdimedilir.

“Qəbul imtahanlarının təhlili” bölməsində isə son 3 il ərzindəkeçirilmiş qəbul imtahanları haqqında geniş məlumatlar təqdimolunur. İmtahan nəticələrinin təhlili illər üzrə qəbulstatistikalarını, ixtisasların keçid ballarını və yer saylarınıətraflı şəkildə öyrənməyə imkan verir. Həmçinin, hansı ixtisaslarındaha tələbatlı olduğunu və bu ixtisaslar üzrə qəbul şanslarınımüəyyənləşdirir. Bu məlumatlar qəbul strategiyasını daha yaxşıplanlaşdırmaq və ən uyğun ixtisası seçmək üçün dəyərli məlumatlartəqdim edir. Təhlil vasitəsilə abituriyentlər öz bal səviyyələrinəuyğun ixtisasları və universitetləri asanlıqla müəyyən edəbilərlər, bu da gələcək təhsil və kariyera yolunu planlaşdırmaqdaköməkçi funksiyası daşıyır.

Platformanın “Ağıllı kodlaşdırma məsləhətçisi” bölməsindəixtisas seçimi zamanı veriləcək qərarı asanlaşdırmaq üçüntexnologiyanın gücündən istifadə edir. Son 3 ilin qəbul imtahanlarınəticələri, universitetlər, ixtisaslar, toplanılan bal və digərvacib parametrləri nəzərə alaraq, kodlaşdırma prosesini saniyələriçində həll edir. Bu innovativ alət bir neçə variantda kodlaşdırmacədvəli yaratmaq imkanı verir. Beləliklə, fərqli ssenarilərinəzərdən keçirərək, ən uyğun və məqsədəuyğun ixtisas seçimi etməkmümkündür. Canlı ekspertlərlə müqayisədə, burada eyni ödənişdaxilində bir neçə ssenari qurmaq imkanı var.

Platforma istifadəçilərin məlumatlarını qorumaq üçün güclüşifrələmə və təhlükəsizlik tədbirləri istifadə edir. Məlumatlarınməxfiliyi və təhlükəsizliyi qorunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
115
az.trend.az

1Источники