RU

Peyntbol və Atıcılıq Mərkəzinə mediatur təşkil olunub - FOTO

Ağstafa rayonunda yerləşən Peyntbol və Atıcılıq Mərkəzinə mediatur təşkil olunub.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi mediaturda 17 jurnalist iştirak edib.

Qazax-Tovuz Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmaliyev KİV nümayəndələrinə mərkəzin fəaliyyəti, yenidən qurulması və təşkil edilməsi ilə bağlı məlumat verib. Onun sözlərinə görə, idman qurğusu üçün Həsənsu çayı sahilində 2,0 ha torpaq hissəsi ayrılıb: “Peyntbol və Atıcılıq Mərkəzi Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ildə inşa olunub. Lakin hazırda Bakı Atıcılıq Mərkəzinin balansına keçib. İnzibati binada əsaslı təmir işləri aparılıb, dam örtüyü yenidən quraşdırılıb. Hazırda da müəyyən yenidən qurma işləri görülür. Mərkəz yeniyetmə və gənclərin istifadəsindədir. Burada müxtəlif hərbi oyunların təşkili keçirilir. Peyntbol və Atıcılıq Mərkəzinin yaradılmasında əsas məqsəd idmanın kütləviliyinin təmin olunması, həm Olimpiya Hərəkatının genişlənməsi, həm də gənclərimizin vətənpərvərlik tərbiyəsinin və hərbi xidmətə hazırlığının gücləndirlməsidir”.

Banuçiçək Hüseynli
İdman.biz

Избранный
41
1
idman.biz

2Источники