RU

AZƏRBAYCAN-ŞƏT: harmoniya və inkişaf naminə birlik - ANALİTİK

Qazaxıstan Respublikasının sədrliyi ilə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilib. Tədbirdə Qazaxıstan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, Rəs əl-Xəymə əmiri (BƏƏ), Hindistanın Xarici İşlər Naziri, həmçinin ŞƏT-in Baş Katibi və ŞƏT Regional Antiterror Strukturunun İcraiyyə Komitəsinin direktoru iştirak edib. Sammitdə həmçinin BMT-nin baş katibi və MDB, İƏT, CICA, KTMT, AEC və İOSB kimi beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilk dəfədir ki, “ŞƏT-ə üzv dövlətlərin rəhbərləri şurasının iclası” və “ŞƏT Plus” iclası formatında keçirilib. ŞƏT Dövlət Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında” Təşəbbüs ”, “ŞƏT-in təkmilləşdirilməsi haqqında” sənədlər imzalanıb. Belarus Respublikasının ŞƏT-ə üzvlüyünə qəbul edilməsi və ona ŞƏT-ə üzv dövlət statusunun verilməsi prosedurunun başa çatdırılması barədə qərar isə Minsk üçün tarixi xarakter daşıyıb. Bütövlükdə dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini daha da gücləndirəcək, eləcə də aktual beynəlxalq və regional problemləri həll edəcək geniş spektrli məsələləri nəzərdən keçiriblər. “ŞƏT Plus” iclası “Ədalətli dünya, harmoniya və inkişaf naminə dünya birliyi” mövzusunda geniş tərkibdə keçirilib.

Astanada Azərbaycana verilən dəyərlər…

Azərbaycan dövlətinin başçısı İlham Əliyev Astanaya səfəri çərçivəsində Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə addımların və səylərin davam etdirildiyi vurğulanıb, görüşün yaxın günlərdə Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında davam edəcəyini bildirib. Türk Dövlətləri Təşkilatının da ölkələrimizin gündəliyində prioritet istiqamət olduğu vurğulanıb. Prezident İlham Əliyev Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın inkişafının, beynəlxalq səviyyədə nüfuzunun artmasının, ölkədə həyata keçirilən siyasi-iqtisadi islahatların dost və qardaş Azərbaycanı da sevindirdiyini bildirib, bu münasibətlə təbriklərini çatdırıb.

Qazaxıstan Prezidenti qeyd edib ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə hazırdır. Kasım-Jomart Tokayev COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb. COP29-un dünya səviyyəsində ən mötəbər tədbirlərdən biri olduğunu deyən Qazaxıstan Prezidenti Azərbaycanın bu tədbiri uğurla təşkil edəcəyinə əminliyini bildirib. Görüşdə ölkələrimizin bu məsələ ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış etmələrinə toxunulub.

Söhbət zamanı Orta Dəhlizin inkişafı istiqamətində nailiyyətlər qeyd olunub, Birgə İnvestisiya Fondu ilə əlaqədar imzalanacaq anlaşma memorandumunun əhəmiyyəti bildirilib və bu xüsusda artıq konkret layihələrin icrasına dair aidiyyəti qurumlara tapşırıqlar verildiyi diqqətə çatdırılıb. Humanitar sahədə əməkdaşlığa toxunulub, Qazaxıstan Mədəniyyət Günlərinin Azərbaycanda uğurla keçirildiyi, Azərbaycan Mədəniyyət Günlərinin isə bu ilin sentyabrında Qazaxıstanda keçiriləcəyi vurğulanıb.

Azərbaycan-Rusiya görüşü

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Vladimir Putinlə görüşündə çıxış edən Rusiya Prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına və sülh gündəliyinin irəli aparılmasına daim dəstək verməyə hazır olduğunu bildirib. Bu əsnada müzakirələr aparılıb. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi haqqında məlumat verib. Söhbət zamanı nəqliyyat, gəmiqayırma, əczaçılıq, avtomobil sənayesi sahələrində əməkdaşlıq, Rusiyanın avtomobil istehsal edən müxtəlif şirkətləri tərəfindən Azərbaycanda istehsalın təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyadan Azərbaycana gələn turistlərin sayında artım və Azərbaycanda Rus Dram Teatrının fəaliyyət göstərdiyi qeyd edilib.

Qeyd edək ki, Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü bir qədər uzun çəkib. Baş nazirin müavini Aleksandr Novak “Kommersant”ın muxbirinin “Prezidentlər Azərbaycandan təbii qazın Ukrayna vasitəsilə Aİ-yə çatdırılmasının mümkünlüyünü müzakirə ediblərmi”, sualını nə təsdiq, nə də təkzib edib. Sadə dillə desək, uzun müddət susub və “Bu, əslində uzunmüddətli araşdırma tələb edən bir sualdır... Və bu, bizdən asılı deyil... Daha çox biznes subyektlərinə aiddir”, cavabını verib.

Üçtərəfli görüş

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub. Söhbət zamanı Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olundu və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib.

Azərbaycan, Türkiyə və Pakistanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə bir-birinə bağlı olduğu xüsusi vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi qeyd olundu və bunun gələcəkdə də davam etdirilməsinin vacibliyi bildirilib. Azərbaycan, Pakistan və Türkiyə arasında parlamentlərin sədrləri, xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatların artıq mövcud olduğu və bu əsnada əvvəllər bir sıra görüşlərin keçirildiyi diqqətə çatdırılıb.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsi bir daha vurğulanıb. Regiondan kənar ölkələrin Cənubi Qafqazda militarizasiya siyasəti aparmasından narahatlıq ifadə edilib. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi vurğulanıb. Bunun Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub.

Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edildi, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulanıb. Orta Dəhlizdə Pakistanın da iştirakı qeyd edilib və bunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin təşviqinə töhfə verəcəyi bildirilib.

Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Təklif məmnunluqla qəbul olunub. Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb.

Dövlətimizin başçısı Türkiyə Prezidentini və Pakistanın Baş nazirini COP29-da iştiraka bir daha dəvət edib. Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərif dəvəti məmnunluqla qəbul ediblər.

İlham Əliyevin Si Cinpin ilə görüşü keçirilib

Si Cinpin İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik edib. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib və Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini vurğulayıb. Tayvanda keçirilmiş seçkilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən pislənildiyi, Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyi qeyd olunub.

Si Cinpin bütün bunlara görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü xüsusi qeyd olunub.

Prezident İlham Əliyev Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd edib ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinin tərəfdarıdır. İkili standartlardan əziyyət çəkmiş ölkəmiz də daxili işlərimizə qarışmaq cəhdlərini qəbul etmir.

Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi vurğulandı, gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bildirilib. Si Cinpin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda, bu əsnada Çinə dövlət səfərinə dəvət edib. Prezident İlham Əliyev dəvəti məmnunluqla qəbul edib. Azərbaycan Prezidenti də Çin Xalq Respublikasının Sədrini uyğun vaxtda ölkəmizə rəsmi səfərə dəvət edib.

Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biri olduğu vurğulanıb, ölkəmizin nəqliyyat-logistika imkanları, bu sahəyə hazırda Azərbaycanın investisiyalar qoyduğu və daim onu təkmilləşdirməsi sayəsində qazandığı uğurları qeyd edilib. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanlarının 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması vurğulanıb.

Orta Dəhliz çərçivəsində Azərbaycan ilə Çin arasında əməkdaşlığa toxunularaq, bu dəhlizin rəqəmsallaşdırılmasının onun Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda, Qərb istiqamətindən də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə ölkələrimizin şəhərləri arasında qardaşlıq əlaqələrinə toxunularaq, Azərbaycanın 6 şəhərinin Çinin müxtəlif şəhərləri və regionları ilə əlaqələrinin olduğu vurğulanıb. Azərbaycan ilə Çin arasında humanitar, mədəni əlaqələr qeyd edilib, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və insanlar arasında təmasların artırılması məqsədilə Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizaların aradan qaldırılması qeyd edilərək, bunun da ölkələrimiz və insanlar arasında təmaslara ciddi təkan verəcəyinə ümidvarlıq ifadə olunub. Si Cinpin deyib ki, Çin tərəfi də Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəlişin tətbiq olunması məsələsini nəzərdən keçirəcək ki, ölkələrimiz və insanlar arasında təmaslar daha da çoxalsın.

Çin Xalq Respublikasının Sədri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin də bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib. COP29 çərçivəsində nümayəndə heyətlərimizin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olunub. Si Cinpin Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə toxunaraq, COP29-un sədri kimi Azərbaycanın və Çinin Qlobal Cənubun bir hissəsi olduqlarını deyib.

Prezident İlham Əliyev ölkəmizin ŞƏT ilə əməkdaşlığını dəstəklədiyi kimi, BRICS-lə də əməkdaşlığının inkişafına yaxından dəstək verdiyinə görə Çinə təşəkkürünü bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammiti 2026-cı ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı Azərbaycan ilə Çin arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Şərqdən Qərbə mesaj…

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən iclasında nə Ukrayna, nə də Qərb ölkələrinin təmsilçiləri iştirak etmir. Buna baxmayaraq, Rusiya, Çin, Türkiyənin dövlət başçıları və BMT-nin baş katibi iştirak etdiyi üçün sammitin kənarında Ukrayna ilə bağlı danışıqların baş tutacağı ehtimalı yüksək idi. Bu, Rusiya Federasiyası və Çin Xalq Respublikası liderləri arasında may ayında Pekində baş tutan söhbətin davamı kimi də qəbul oluna bilərdi. İki güc arasında iqtisadi əlaqələr və terrorçulara qarşı birgə mübarizə müzakirə edilib. Təsadüfi deyil ki, sammit ərəfəsində Rusiya və Çin hərbçiləri Amur çayının hər iki sahilində birgə təlimlər keçiriblər.

Astanada keçirilən sammitdə Putin, Cinpin və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə yanaşı, Pakistanın baş naziri Şahbaz Şərif, Özbəkistan prezidenti Şavkat Merziyoyev, Tacikistan prezidenti Emomali Rəhmon və Qırğızıstan prezidenti Sadır Japarov iştirak edir. Belarusun ŞƏT-in tamhüquqlu üzvü olması ilə əlaqədar Belarus prezidenti Aleksandr Lukaşenko da gəlib. Digər görkəmli qonaqlar BMT-nin baş katibi Antonio Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu siyahı sammitin nə qədər önəmli olduğundan xəbər verir. Əvvəlcə Rusiya, Çin və Mərkəzi Asiyanın keçmiş sovet respublikaları tərəfindən təhlükəsizliyin təmin edilməsi və sərhəd problemlərinin həlli üçün yaradılmış ŞƏT beynəlxalq arenada nüfuzlu oyunçuya çevrilib. ŞƏT-ə İran da daxildir. Tehran hələ də may ayında helikopter qəzasında həlak olan İbrahim Rəisinin varisini seçir. Buna görə də İranı prezident səlahiyyətlərini icra edən Məhəmməd Moxber təmsil edir. Türkiyə, Səudiyyə Ərəbistanı və Misir müşahidəçi statusuna malikdir.

Hindistanın baş naziri Narendra Modi ölkənin xarici işlər naziri Subramanyam Caişankarı Astanaya göndərib.
Amerika mediası və politoloqları anlayıblar ki, Qazaxıstanda keçirilən ŞƏT sammitinə məhəl qoymamaq yersizdir. Onlar iddia edirlər ki, sammit Putin üçün ilk növbədə ona görə vacibdir ki, bu, Qərbin Rusiyanı sanksiyalar vasitəsilə təcrid etmək cəhdlərinin iflasına işarədir. Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Putinin həbsinə order verib. Lakin Qazaxıstan BCM-nin yaradılması ilə bağlı Roma Əsasnaməsində iştirak etmir və buna görə də onun qaydalarına məhəl qoymur. Bununla Astana demək istəyir ki, Birləşmiş Ştatlar və müttəfiqləri Rusiyanın prezidenti Putinə çatmaq, onu “zərərsizləşdirmək” üçün “qısa mənzilli silahlara” sahibdirlər və Qazaxıstan onların maşası ola bilməz. Qərbdəki insan haqları təşkilatları təkcə Moskvaya deyil, Pekinə də təzyiqlərini artırıblar. Onlar hətta Çini uyğur müsəlmanlarına və digər dini azlıqlara vəhşicəsinə zülm etməkdə ittiham edirlər. Qərb şərhçilərinin fikrincə, ŞƏT-in sammiti Putin və Cinpin üçün güclü şəxsi dostluq və iki güc arasında strateji tərəfdaşlığı gücləndirmək əzmi nümayiş etdirmək üçün əlavə stimul rolunu oynayıb.

Bununla belə, ŞƏT-də xoşməramlılıq və harmoniya ruhu hökm sürür. Hindistan və Pakistan arasında Kəşmirlə bağlı təxminən 80 illik mübahisəni, Himalayda demarkasiya xətti boyunca Çin və Hindistan arasında hərbi toqquşmaları xatırlamaq kifayətdir. Qərb ekspertləri təkid edirlər ki, Çin öz resurslarını Ukraynanın Şimal-Şərqi Hərbi Dairəsinə xərcləməsindən istifadə edərək, Rusiyanı iqtisadi cəhətdən Orta Asiyadan sıxışdırır. Rusiyanın regionda təsiri həqiqətən də azalmaqdadır. Mərkəzi Asiya hökumətlərinin heç biri Ukraynada Rusiyanın apardığı hərbi əməliyyatlara birbaşa dəstək vermək istəmir. Əslində Pekin regionda Rusiyanı əvəz etmək niyyətində deyil. Rusiya Federasiyası ilə təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusilə vacibdir.

Hamını maraqlandıran məsələ

Rusiya və Çin liderləri təhlükəsizlik sahəsində yeni addımlar barədə razılığa gəliblərmi və Ukraynada Çinin yeni təşəbbüslərini gözləmək olarmı? Mətbuatda Putinin Cinpin ilə görüşündə vurğuladığı iki vacib məqam məlum olub. Birincisi, Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlıq başqa ölkələrə qarşı yönəlməyib. İkincisi, Rusiya-Çin münasibətləri beynəlxalq arenada sabitləşdirici amil rolunu oynayır.

Ankara hər zaman diqqət mərkəzində olub ki, Türkiyə mədəniyyət, dil baxımından Mərkəzi Asiya sakinlərinə yaxındır və gənc dövlətlərə iqtisadi yardım göstərməyə hazırdır. Bununla belə, Türkiyə prezidentinin Astanada keçirilən sammitdə iştirakı ŞƏT-i Moskva və Pekinin siyasətinin aləti hesab edən digər NATO üzvləri üçün çağırışdır. Putinin Ərdoğanla söhbəti bir saata yaxın davam edib. Həmsöhbətlər danışıqların bütün məzmununu açıqlamaq istəməyiblər. Liderlər iqtisadi əməkdaşlığı müzakirə edərək iri layihələrdən də danışıblar. Xüsusilə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Digər mövzu rusiyalı turistlərin Türkiyəyə səyahəti olub: keçən il Rusiya Federasiyasından Türkiyəyə rekord sayda turist gəlib. Putin Ərdoğana söz verib ki, o, mütləq Türkiyəyə səfər edəcək: onun səfəri çoxdan planlaşdırılıb, lakin qrafikləri razılaşdırmaq mümkün olmayıb. Ərdoğan qeyd edib ki, o, həmkarının “ən qısa zamanda” səfərini gözləyir.

Türkiyə ilə Rusiya prezidentləri həmçinin ilk bloku bir neçə aydan sonra işə salınmalı olan Akkuyu AES-in tikintisini, Rosatomun rəhbəri Aleksey Lixaçovun görüşdən əvvəl verdiyi şərhdən aydın göründüyü kimi, yüksək səslə müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bunların prinsipial məsələ olduğunu qeyd ediblər. Xüsusən də Sinop şəhərində Türkiyənin ikinci atom elektrik stansiyasının birgə tikilməsi ideyası üzərində fikir mübadiləsi aparılıb. Ona görə də Ərdoğan çıxışının sonunda “Sizi ən qısa zamanda ölkəmdə gözləyirəm, cənab Prezident!”, deməsi məsələnin nə qədər ciddi olduğunu göstərir.

ŞƏT+ formatında görüş

Paytaxtın Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ŞƏT+ formatında keçirilən iclasda təşkilata üzv 10 ölkənin başçıları ilə yanaşı, BMT-nin baş katibi Antonio Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, BƏƏ Ali Federal Şurasının üzvü, Rəs əl-Xaymə Əmirliyinin əmiri Səud bin Saqr əl-Qasimi, Türkmənistan Milli Məclisinin Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani iştirak ediblər. Belarusun tamhüquqlu üzvlüyündən sonra Təşkilat “Şanxay Onluğu” kimi fəaliyyətə başlayıb. Həmçinin, sammitin yekunları üzrə dövlət başçıları Astana Bəyannaməsini və ŞƏT-in fəaliyyəti ilə bağlı bir sıra digər mühüm sənədləri imzalayıblar.

V.VƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
sia.az

1Источники