RU

COP29-da iqlim gündəliyində duran məsələlər üzrə həmrəylik nümayiş etdirə bilərik - Kasım-Jomart Tokayev

Astana. Trend:

COP29-da iqlim gündəliyində duran məsələlər üzrə həmrəyliknümayiş etdirə bilərik.

Trend xəbərverir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart TokayevAstanada "ŞƏT+" formatında keçirilən iclasda deyib.

"Bu reallıqlarda ekologiya və iqlim dəyişikliyi ilə mübarizəsahəsində əməkdaşlıq xüsusi aktuallıq kəsb edir. Bu sahədə vəziyyətciddi narahatlıq doğurur. Demək olar ki, bütün dövlətlərə böyükziyan vuran müxtəlif təbii fəlakətlərin əhəmiyyətli dərəcədəartdığının şahidi olduq. Bu yaxınlarda Qazaxıstan misli görünməmişdaşqınların nəticələrini yaşadı. Ekspertlərin fikrincə, bu təbiifəlakətin miqyası birbaşa olaraq qlobal istiləşmə prosesi iləbağlıdır. Aydındır ki, təkbaşına iqlim problemlərinin öhdəsindəngəlmək mümkün deyil", - o deyib.

Tokayevin fikrincə, dünya birliyi bütün dövlətlərin mühüminkişaf məsələləri və modernləşdirilməsinə xələl gətirmədəniqtisadiyyatın dekarbonizasiyası istiqamətində qətiyyətli kursudavam etdirməlidir.

"İqlim gündəliyində duran məsələlərlə bağlı həmrəyliyimizi builin noyabrında Bakıda keçiriləcək COP29 konfransında nümayişetdirə biləcəyik. Fürsətdən istifadə edərək, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə bu qlobal tədbirin uğurlakeçirilməsini arzulayıram. Daxili su hövzələrinin deqradasiyasıproblemlərinin həlli üzrə birgə tədbirlərin hazırlanmasına, eləcədə suya qənaət edən yeni texnologiyaların tətbiqinə xüsusi diqqətyetirilməlidir. Ölkələrimizin bu istiqamətdə birgə fəaliyyəti BMTBaş Assambleyası tərəfindən elan edilmiş məqsədin icrasına -Tacikistanın təşəbbüsü ilə irəli sürülmüş Beynəlxalq BuzlaqlarınMühafizəsi ilinin keçirilməsinə - ŞƏT-in praktiki töhfəsi olacaq",- o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
4
az.trend.az

5Источники