RU

Qazax müxalifət fəalı Kiyevdə reanimasiyada dünyasını dəyişib, həyat yoldaşı Tokayevi təqsirli bilib

 
"Sadıqov Tokayevi rusiyayönümlü movqeyinə görə ittiham edib, onun ətrafında Kreml agentlərinin olduğunu bəyan edib..."
 
Kiyevdə qazax müxalifət fəalı və blogeri, bir milyon istifadəçisi olan "Bese" informasiya kanalının rəhbəri Aydos Sadıqov dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı, jurnalist Natalya Sadıqova özünün "Facebook" səhifəsində məlumat verib. Məlumatı "rfi.fr" nəşri yayıb.
 
"Aydos Sadıqov bu gün Kiyev vaxtı ilə saat 03:00-da bizi tərk edib. Mənim sevimli ərim, üç övladımızın atası, qazax xalqının böyük oğlu Aydos öz həyatını Qazaxıstan naminə qurban verib, killerlərin əliylə törədilən əzablı ölümü qəbul edib. 13 gün Aydos reanimasiyada həyat uğrunda mübarizə aparıb, amma möcüzə baş verməyib. Onun ölümü Tokayevin vicdanındadır", - Natalya yazıb.
 
İyunun 18-də Kiyevdə öz evinin həyətində 55 yaşlı Aydos Sadıqovun həyatına sui-qəsd edilib. 
 
Ukrayna Baş Prokurorluğu bəyan edib ki, cinayətkar müxalifətçi və həyat yoldaşının olduğu avtomobilə yaxınlaşıb və Sadıqova atəş açıb. 
 
Aydos Sadıqov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Natalya zərər çəkməyib.
 
Qazaxıstanın iki vətəndaşı Altay Jakanbayev və Meyram Karatayev şübhəli bilinib. Sui-qəsdi törətdikdən sonra onlar aradan çıxıb, sonra Moldovaya gedib. İyunun 22-də Qazaxıstan Baş Prokurorluğu bəyan edib ki, Jakanbayev polisə təslim olub.
 
Ukrayna Prokurorluğu Altay Jakanbayev və Meyram Karatayevi qiyabi olaraq həbs edib və onları beynəlxalq axtarışa verib. 
 
Qazaxıstan hakimiyyəti artıq bəyan edib ki, Sadıqovun həyatına şui-qəsddə şübhəli bilinənlər Ukraynaya verilməyəcək.
 
Natalya Sadıqova bəyan edib ki, onun ərinin qətlinə cəhdin arxasında Qazaxıstan hakimiyyəti dayanır, bundan əsas "faydalanan Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevdir".
 
Qazaxıstan hakimiyyəti bu bəyanatları "həqiqətə uyğun olmayan təxribat və uydurma" adlandırıb. Prezident Tokayev baş verənləri şərh edərkən Astananın Kiyevlə, o cümlədən İnterpol xətti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
 
Aydos Sadıqov Qazaxıstan prezidentinin tənqidçisi kimi tanınır. Ukrayna Baş Prokurorluğu Ofisinin məlumatına görə, mərhum ailəsi ilə birlikdə 2014-cü ildən Kiyevdə qaçqın statusunda yaşayıb. İctimai fəal Tokayevi rusiyayönümlü mövqeyinə görə ittiham edib.
 
Bloger Qazaxıstan prezidentinin ətrafında "Kreml agentlərinin" olduğu barədə yazıb. Ötən ilin payızında Sadıqovlar cütlüyü Qazaxıstan hakimiyyəti tərəfindən ixtilafları qızışdırmaq ittihamı ilə axtarışa verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
moderator.az

1Источники