RU

Rusiya Ukraynada ABŞ-ın məşhur ATACMS raketinin bütün sirlərini ələ keçirdi- Vaşinqton şokda...

Image

Rusiyanın ötən aprel ayında Ukraynaya göndərdiyi dünyanın ən ölümcül raket sistemlərindən biri olan ATACMS raketləri Rusiyanın əlinə keçib. “Teleqrahp” qəzeti yazır ki, Rusiya dövlət mediası maskalı bir nəfərin anbarda masa arxasında cihaza baxış keçirərkən görüntülərini yayıb. 

Videonun nə vaxt çəkildiyi barədə məlumat yoxdur, lakin rusiyalı ekspertlər ələ keçirilən raket sistemi sayəsində Rusiyanın hava hücumundan müdafiə sistemlərinin daha da təkmilləşdiriləcəyini deyirlər.

Təqaüddə olan rusiyalı polkovnik Viktor Litovkin Lenta.ru-ya bildirib ki, mütəxəssislər raketin zəif nöqtələrini müəyyənlər: “Raketi vurmalı olan yer-hava raket sistemlərimizi yenidən konfiqurasiya edə və elektron müharibə sistemlərimizi dəqiq tənzimləyə bilərik" 

Rusiya tərəfindən yayımlanan görüntülərdə raket sistemini tədqiq edən ekspert “Artıq heç bir sirr qalmadı” deyərək, raketin tədqiqinin tamamlandığını bildirib.

ATACMS təxminən 300 kilometr mənzilə sahibdir və komanda mərkəzlərini, döyüş gəmilərini və hava bazalarını sıradan çıxara bilər. Ukrayna indiyədək bir neçə dəfə rus əsgərlərini hədəfə alıb, lakin bu hücumlardan ən diqqət çəkəni Krımdakı çimərliyə hücum olub. Dörd ATACMS raketi ilə həyata keçirilən hücumda 3 nəfər ölüb, 120 nəfər yaralanıb.

Rusiya lideri Putin aprel ayında ABŞ-ın Kiyevə ATACMS raketləri göndərməsini “daha bir olduğunu” demişdi. 

ATACMS raketləri hazırda ABŞ-dan başqa Türkiyə, Yunanıstan, Bəhreyn, Rumıniya, Polşa, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin ordularındadır.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
baki-xeber.com

1Источники