RU

Le Pendən Moskvaya etiraz: “Biabırçılıqdır”

“Fransa xalqı öz milli maraqlarına cavab verən suveren xarici siyasətə can atır”
Fransanın ifrat sağçı Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen “X” sosial şəbəkəsində Rusiya Xarici İşlər Nazirliyinin səhifəsində onun fotosunun dərcindən sonra Rusiyanı təxribatda və Fransa işlərinə qarışmaqda ittiham edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Le pen paylaşımında yazıb: “Fransa xalqı öz milli maraqlarına cavab verən suveren xarici siyasətə can atır və Vaşinqtonla Brüsselin diktəsindən yaxa qurtarmaq istəyir”.
Qeyd edək ki, TF1 kanalının aparıcısı Le Pendən Rusiya Xarici İşlər Nazirliyinin onun fotosunu paylaşmasına eyham vuraraq, onun partiyasının Fransada keçirilən parlament seçkiləri fonunda Rusiyadan dəstək alıb-almadığını soruşub. Cavabında siyasətçi Rusiya hakimiyyətinin bəyanatlarına görə məsuliyyət daşımadığını bildirsə də, öz fotosu ilə bu yazının görünməsindən qəzəbləndiyini bildirib.
“Belə bir iddialı və təxribatçı tvit atıldığı zaman, bu, Fransanın işlərinə müdaxilə forması kimi qəbul edilə bilər”, deyə sağşı siyasətçi vurğulayıb.
Le Penin fikrincə, Rusiya hakimiyyəti onun partiyasının qələbəsində maraqlı olsaydı, fotosunu paylaşmazdı. Siyasətçi əlavə edib ki, seçki kampaniyası zamanı o və Milli Birlik Partiyası nümayəndələri “Ukraynanı dəstəklədiklərini açıq şəkildə ifadə ediblər və onun sərhədlərini müəyyənləşdiriblər”, xüsusən də Fransa hərbçilərinin bu ölkəyə göndərilməsinin əleyhinə çıxış ediblər.
Qeyd edək ki, bundan əvvəl Fransada keçirilən parlament seçkilərinin ilk turunda 33% səs toplayaraq Le Penin təsis etdiyi "Milli Birlik"in qalib gəldiyi bildirilirdi. İkinci yerdə “Yeni Xalq Cəbhəsi” (28%), Prezident Emmanuel Makronun “Birgə Respublika Naminə” koalisiyası 20 faizlə üçüncü olub. İkinci tur iyulun 7-nə təyin edilib.
Seçki yarışının başlamasına az qalmış Milli Birlik Partiyası öz saytından Fransanın müdafiə siyasətinə həsr olunmuş proqramının Rusiya ilə diplomatik əlaqələrin dərinləşdirilməsi, Almaniya ilə birgə layihələrin dayandırılması və NATO-nun birgə hərbi komandanlığından çıxmağı təklif edən bəndlərini çıxarıb.
“Milli Birlik” lideri Jordan Bardella vurğuladı ki, o, Ukraynaya dəstəyi dayandırmaq niyyətində deyil və Fransanın beynəlxalq arenada öhdəliklərini şübhə altına almaq niyyətində deyil. Çünki bu, ölkənin avropalı tərəfdaşlarının və NATO müttəfiqlərinin etibarını sarsıdacaq: “Mən istəyirəm ki, Ukrayna Rusiya təcavüzünə qarşı mübarizədə sağ qalması üçün onun döyüş sursatı və hərbi texnikası olsun”.
Müharibədən əvvəl Le Pen Moskvada çox məşhur idi. O, Rusiya rəhbərliyi ilə görüşmək üçün bir neçə dəfə ora gedib və paytaxtda polis maşınlarının müşayiəti ilə kortej tərəfindən qarşılanıb. Le Pen yetkinlik yaşına çatmayanlar arasında “LGBT təbliğatını” qadağan edən Rusiya qanunlarını dəstəkləyib və Rusiya ilə strateji tərəfdaşlığın zəruriliyini bəyan edib.
2014-cü ildə onun partiyasının maliyyələşdirilməsi ilə bağlı qalmaqal yaranıb. Məlum olub ki, Milli Cəbhə Partiyası (partiya o vaxt belə adlanırdı) Putinin dostu, milyarder Gennadi Timçenkonun strukturlarının nəzarətində olan Birinci Çex-Rusiya Bankından 9 milyon avro kredit alıb. 2017-ci ilin martında isə məlum oldu ki, Le Penin ictimai təkziblərinə baxmayaraq, Rusiya bankları onun Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləməsi müqabilində 2017-ci il prezident seçkiləri kampaniyası da daxil olmaqla, Milli Cəbhə Partiyasını maliyyələşdirməyə davam ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
ayna.az

1Источники