RU

"ŞƏT çərçivəsində əməkdaşlıqlar fəal inkişaf etdirilir"- Putin

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çoxqütblü dünyanın güc mərkəzlərindən biri kimi özünü təsdiq edir.Missiya.Az xəbər verir ki, bu barədə iyulun 4-də Rusiya prezidenti Vladimir Putin bildirib.Rusiya lideri qeyd edib ki, bu gün ŞƏT ən böyük və nüfuzlu regional təşkilatlardan biridir. Onun sözlərinə görə, dünya əhalisinin təxminən yarısı assosiasiyaya daxil olan ölkələrdə yaşayır və dünya ÜDM-nin demək olar ki, dörddə biri bu ərazilərdə cəmləşib. Putin vurğulayıb ki, həmin dövlətlər çox böyük intellektual potensiala malikdir.“ŞƏT çərçivəsində işgüzar dairələrlə birlikdə ticarət-iqtisadi, investisiya və maliyyə əməkdaşlığı fəal şəkildə inkişaf etdirilir”, - deyə o əlavə edib.Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
missiya.az

1Источники