RU

Doğukanla sevgili olduğu iddia edilən Aleyna: "Bundan sonra dostum da deyil"

Türkiyənin "Kızılcık şerbeti" serialının Fatihi, aktyor Doğukan Güngör ilə sevgili olduğu iddia edilən "Survivor"All Star"ın iştirakçısı Aleyna Kalaycıoğlu aktyorla münasibəti haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Aleyna Kalaycıoğlu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırıb: "O, dostumun dostudur. Birlikdə sahildə idik. Telefonunda bir şey göstərirdi. Günəş də var idi. O da qolunu keçirdiyi üçün ortaya elə görüntü çıxdı. Amma bundan sonra dostum da deyil. Mənimlə onun arasında bir şey olması mümkün deyil”.

Qeyd edək ki, Doğukan Güngör Aleyna Kalaycıoğlu ilə bir neçə gün öncə Çeşmədə istirahət edərkən görüntülənib.


Müəllif: Rəqsanə Həsənova
Избранный
116
teleqraf.com

1Источники