RU

Elmir Tağıyev “Səbail”i birdəfəlik “Kəpəz”ə dəyişdi

Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirmiş “Səbail”in yarımmüdafiəçisi Elmir Tağıyev birdəfəlik Gəncə klubuna transfer olunub.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Müqavilə əsasında “Səbail”ə məxsus olan yarımmüdafiəçi ilə “Kəpəz” arasında 1+1 illik sözləşmə imzalanb.

Xatırladaq ki, “Kəpəz” Elmir Tağıyevi 2023-cü ilin iyul ayında “Səbail”dən bir mövsümlük icarəyə götürmüşdü. 24 yaşlı futbolçu Gəncə klubunun heyətində 27 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Elmir Tağıyev daha öncə “Səbail”də və “Turan Tovuz”da forma geyinib.

“Kəpəz” daha əvvəl Yeqor Xvalko ilə müqavilənin müddətini uzatmışdı. Elçin Əlicanov (“Zirə”), Vüsal Məsimov (“Səbail”), Mate Kvirkviya, Adama Niane, Martins Junior (“Zirə”), Olavale Onanuqa, İqor Rodriqes və Georgi Papunaşvili isə Gəncə təmsilçisini tərk ediblər.

Избранный
15
arena.az

1Источники