RU

Kaiser Navab: “Orta Dəhliz ŞƏT-in mandatını genişləndirən əsas təşəbbüsə çevrilir”

“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT – müəl.) sammitində əsas diqqət regional əlaqələrin gücləndirilməsi və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib”.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Kaiser Navab deyib.

Onun sözlərinə görə, liderlərin toplaşdığı sammitdə qlobal qeyri-müəyyənlik şəraitində regional əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirilir.

“Orta Dəhliz nəinki ikitərəfli əlaqələri gücləndirən, həm də bütün Avrasiyada sabitlik və rifahı təşviq etmək üçün ŞƏT-in mandatını genişləndirən əsas təşəbbüsə çevrilir. Bu dəhliz həm də İpək Yolunun qədim marşrutlarını canlandıran təşəbbüsdür. Dəhlizin strateji əhəmiyyəti təkcə tranzit vaxtını əhəmiyyətli dərəcədə azaltması deyil, həm də regional əlaqələr və iqtisadi inteqrasiyanın gücləndirilməsidir”, - deyə K.Navab əlavə edib.

Избранный
55
vergiler.az

1Источники