RU

13 yaşlı uşağın qolu doğrama maşınına ilişdi

13 yaşlı Muhammet Y. adlı yeniyetmə qolunu doğrama maşınına ilişdirib və nəticədə ağır yaralanıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin  Bursa ərazisində baş verib. 

Muhammet Y.-in sağ əli strafor doğrayan maşına ilişib. Muhammedin köməyinə dostları gəlib. 

Çiyinə qədər qolu maşında qalan uşağı xilas etmək üçün hadisə yerinə sağlamlıq və fövqaladə hallar qrupları sövq edilib.  

2 saatlıq işin nəticəsində Muhammet Y. xilas edilib. 

Ağır yaralanan uşaq təcili yardımla xəstəxanaya aparılıb. 

Hadisə ilə bağlı araşdırma başladılıb. 

Oksana 

 
Избранный
84
1
azxeber.com

2Источники