RU

Azərbaycanlı idmançı ömürlük idmandan uzaqlaşdırıldı

Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya Boks Federasiyasının himayəsi altında keçirilən yarışlardan ömürlük kənarlaşdırılıb.

Ucnoqta.az xəbər verir ki, mayın 22-də Moskvada keçirilən Hardcore FC promo-turnirində Rzayev rusiyalı Sergey Prixodkonu məğlub edib. Bundan sonra o, Artur Kulinskini “rus donuzu” adlandıraraq mübahisə edib və dava salmağa cəhd edib. Daha sonra Rzayev Kulinskidən üzr istəyib, həmçinin rus xalqını incitmək istəmədiyini qeyd edib.

“Qeyd edək ki, döyüşçü Rzayev Cavid Seyid oğlu Rusiya Boks Federasiyasının himayəsi altında keçirilən idman və digər tədbirlərdə iştirakdan ömürlük uzaqlaşdırılıb ”, - bəyanatda deyilir.

Bir müddət əvvəl Rusiya Boks Federasiyası Rzayevin vaxtını dəqiqləşdirmədən diskvalifikasiya edildiyini elan edib, həmçinin onun təhqiramiz ifadələri ilə bağlı Baş Prokurorluğa da ərizə yazıb. 
Rzayevin 29 yaşı var. Onun pop MMA-da dörd qələbəsi və iki məğlubiyyəti var. ///RİANovosti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
3
ucnoqta.az

4Источники