RU

Cavid Rzayev “rus donuzu” dedi, Rusiya silkələndi

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev böyük bir qalmaqalın mərkəzondədi.

Rusiya vətəndaşı olan azərbaycanlının “Hardcore” liqasının turnirindəki hərəkəti rusları özündən çıxarıb. Seyid kişinin oğlu olan soydaşımız Rusiya idmançısı Sergey Prixodko üzərindəki qələbədən sonra elə oktaqondanca bir başqa rusiyalı – Artur Kulinski ilə söz atışmasına başlayıb, onu “rus donuzu adlandırıb”. Cavid həmçinin Kulinski ilə münasibətləri aydınlaşdırmağa çalışsa da, ararıcı heç kimin başqa milləti təhqir etmək hüququnun olmadığını deməklə onun qarşısını alıb.

Rzayev sonradan Kulinski ilə münaqişəsinə belə aydınlıq gətirib:

“Yolverilməz səhv buraxdım. Bütün Rusiya, ictimaiyyət və hisslərinə toxunduğum hər kəs qarşısında üzr istəyirəm. Hərəkətlərimlə bağışlamağınızı haqq etməyə çalışacam. Bu, özünə bəraət qazandırmaq cəhdi deyil, ancaq döyüşdən sonra idi, emosiyalarım var idi, çoxlu zərbə almışdım”.

Cavid səmimi şəkildə üzr istəsə də, azarkeşlər onun ömürlük diskvalifikasiyasını və hətta həbsini tələb edirlər. Rusiya Boks Federasiyası artıq azərbaycanlının təhqiramiz ifadəyə görə qeyri-müəyyən müddətə cəzalandığını bildirib. Bu qurum həmçinin Rusiya Prokurorluğuna müraciət edərək, Cavidin ifadəsində milli zəmində təhqir olub-olmamasının araşdırılmasını istəyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
football-plus.az

1Источники