Hindistanın Baş naziri Narendra Modi iyulun 8-9-da Rusiyaya rəsmi səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəsmi Kreml məlumat yayıb.
"Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda ənənəvi dostluq, Rusiya-Hindistan münasibətlərinin gələcək inkişaf perspektivləri, habelə beynəlxalq və regional gündəmin aktual problemləri müzakirə ediləcək", - deyə məlumatda deyilir.