RU

1300 illik xəzinə oğurlandı!  "Əfsanəvi qılınc" yoxa çıxıb

Fransanın orta əsrlər əfsanələrinin məşhur cəngavərlərindən olan Rolandın bir qayaya saplanmış 1300 illik qılıncının "sirli" şəkildə yoxa çıxması ilə bağlı araşdırma başladılıb.

Sherg.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, polis 8-ci əsrin əfsanəvi cəngavər Rolanda aid olduğu düşünülən və məşhur Rokamadur məbədində bir təpədə tapılan "Durandal" adlı qılıncın necə oğurlanmış ola biləcəyini araşdırır. 

Rocamadour Bələdiyyə Başçısı Dominik Lenfant qılınc itirildikdən sonra verdiyi açıqlamada "Durandalsız darıxacağıq. O, əsrlərdir Rokamadurun bir parçası olub" deyib.

Müqəddəs Roma İmperatoru Şarlmanın mələklərdən alaraq ən yaxşı əsgərinə verildiyinə inanılan  və iyunun 22-də yoxa çıxdığı güman edilən əfsanəvi qılınc hardasa 1300 ildir 10 metr yüksəklikdə, əlçatmaz bir təpədə qayaya ilişib qalmış vəziyyətə dururdu.

Fransanın cənubundakı Lot bölgəsində yerləşən Rocamadour məbədi turistlər üçün məşhur yerdir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
sherg.az

1Источники