![“Kəpəz”](https://azertag.az/files/2024/2/1200x630/17200933892612736539_1200x630.jpg)
Bakı, 4 iyul, AZƏRTAC
“Kəpəz” ötən mövsüm icarə əsasında komandada çıxış edən Elmir Tağıyevi birdəfəlik transfer edib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” “Səbail”ə məxsus olan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Gəncə təmsilçisi daha əvvəl belaruslu Yeqor Xvalko ilə müqaviləni uzadıb.