RU

Rusiya Avropa üçün ən böyük təhdiddir - Berbok

Almaniyanın xarici işlər naziri Annalena Berbok xəbərdarlıq edib ki, NATO Ukraynanı dəstəkləməyə davam etməlidir.

Qaziler.az xəbər verir ki, bu barədə “Der Standard” yazıb. Nəşrdə qeyd olunub ki, Rusiya Avropanın təhlükəsizliyinə ən böyük təhdid olaraq qalır.

“Yaxın gələcək üçün Rusiya Avropada təhlükəsizliyimiz və azadlığımız üçün ən böyük təhdid olaraq qalacaq. Qərb azadlığı və demokratiyanı qorumaq üçün hərəkətə keçməlidir. Biz bunu seçməmişik. Biz bunu istəməzdik”, - alman nazir deyib.

Berbokun sözlərinə görə, bu məsələdə xüsusi məsuliyyət Rusiyaya qarşı siyasəti sayəsində itirilmiş etimadı bərpa etmiş Almaniyanın üzərinə düşür.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
1
qaziler.az

2Источники