RU

Türkiyə Xarici İşlər Nazirliyi Almaniya hökumətinin cavabını verdi

Türkiyə Xarici İşlər Nazirliyi milli komandanın mərkəz müdafiəçisi Merih Demiralla bağlı qalmaqala dair mövqeyini açıqlayıb.

Arena.az bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, söhbət Demiralın AÇ-2024-ün 1/8 finalında Avstriya yığması ilə oyunda (2:1) vurduğu qolu qeyd etməsinin UEFA tərəfindən qalmaqallı qiymətləndirilməsi və türk müdafiəçi barəsində təhqiqat açmasından gedir. UEFA və eləcə də Almaniya hökuməti Demiralın türk sağçı ekstremistlərin istifadə etdiyi əl hərəkətini nümayiş etdirdiyi qənaətindədir.

Vurğulayaq ki, UEFA milli səpgidə təzahürlərin müxtəlif ifrat təzahürlərə yol aça biləcəyindən ehtiyat etdiyi üçün, mötəbər yarışlarda müvafiq məqamları önləməyə çalışır.

Türkiyə Xarici İşlər Nazirliyi UEFA-nı və Almaniya hökumətini hadisəyə məntiqli yanaşmağa və yox yerdən bu qədər şişirtməməyə, ən əsası, buna siyasi don geyindirməməyə səsləyib:

“AÇ-2024-ün 1/8 final mərhələsinin Türkiyə – Avstriya oyunundan sonra UEFA-nın türk futbolçu Merih Demirala qarşı intizam araşdırması açması qəbuledilməzdir. Bundan əlavə, Almaniya Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi tərəfindən 2023-cü ilin sentyabrında dərc edilmiş hesabatda qeyd edilir ki, “boz qurd” işarəsi mütləq surətdə sağçı ekstremizmlə əlaqəli ola bilməz. Həmçinin Almaniyada “boz qurd” işarəsi qadağan deyil.

Bu şərtlərə görə, alman hakimiyyətinin vətəndaş Demirala qarşılığını ksenofobiya hesab etmək olar. Biz, qol şənliyi zamanı tarixi və mədəni rəmzlərdən heç kimi hədəf almayan şəkildə istifadə edilməsinə siyasi niyyətli qarşılığı pisləyirik” -bəyanatda deyilir.

Yeri gəlmişkən, bu gün Türkiyənin Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə “Der Spiegel” jurnalı Almaniya XİN-in nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilib ki, səfir Merih Demiralın Avstriya ilə matçda “boz qurd” işarəsi göstərməsinə görə çağırılıb.

Qeyd edək ki, Demiralın bu jestinə görə cəza alması gözlənilir. Bu üzdən də onun AÇ-2024-ün 1/4 finalında Niderlandla oyunu buraxması istisna edilmir. Bu oyun iyulun 6-da baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
arena.az

1Источники