RU

Rahil Məmmədov Polşa klubundan AYRILDI 

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Lodz komandası rəsmi saytında məlumat verib.

Bildirilib ki, 28 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Məmmədov LKS-ə bu ilin əvvəlində “Qarabağ”dan keçmişdi.

Qeyd edək ki, Rahil Məmmədov LKS-in heyətində Polşa çempionatında 16 oyun keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
56
3
bizim.media

4Источники