RU

Azərbaycan və Çinin uzlaşan maraqları-Vüqar Əhmədov- ÖZƏL

"Çinlə Azərbaycan arasında iqtisadi-ticari sahədə səmərəli əməkdaşlıq mövcuddur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Çin son illər bölgəmizə, Cənubi Qafqaza böyük maraq göstərir. Mərkəzi Asiya və Cənubi Qafqaz, bütövlükdə Avrasiya regionunun önəmli ölkəsi olan Azərbaycana Çinin maraq göstərməsi həm də regional nəqliyyat qovşaqlarına olan maraqdan qaynaqlanır. Çin siyasətini əsasən iqtisadi maraqlar üzərində qurur, bu gün Çinə öz ixracatını genişləndirmək üçün yeni tranzit xəttlər lazımdır. Azərbaycanın bu mənada Çinlə maraqları uzlaşır. Orta Dəhliz və "Bir kəmər-bir yol" layihə konsepsiyası hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Bunun üçün Azərbaycan yol nəqliyyat infrastrukturuna böyük məbləğdə investisiya cəlb edir və Azərbaycanın yol və liman infrastrukturu müasir tələblərə cavab verir. Həm iqtisadi, həm də siyasi baxımdan bu gün Çinlə Azərbaycan arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq mövcuddur və bu imkan verir ki, hər iki ölkə ticari sahədə uğurlu layihələri həyata keçirsin. Ölkə başçısı Cənab İlham Əliyev Çin rəhbərliyi ilə müntəzəm görüşlər keçirərək bu əlaqələri daha da yaxınlaşdırır, eyni zamanda Çinin iştirakı ilə regional layihələri təşviq edir. Çinin də öz növbəsində Azərbaycana etimad etməsi ölkəmizin həm Şərqlə, həm Qərb dövlətləri, xüsusən Mərkəzi Asiya ölkələri ilə qurduğu uğurlu işguzar əlaqələr və mədəni bağlardı".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
olaylar.az

1Источники