RU

Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı

Türkiyənin Berlindəki səfiri Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Der Spiegel” jurnalı yayıb. 

Bildirilir ki, buna səbəb AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya matçında türkiyəli futbolçu Merih Demiralın “bozqurd” işarəsi göstərməsi olub. 

Məlumata görə, səfir sözügedən məsələnin müzakirə edilməsi üçün nazirliyə çağırılıb.

 

Избранный
104
6
qafqazinfo.az

7Источники