RU

"Mazarina Trade Company" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB

"Mazarina Trade Company" yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta üzrə məhkəməyə verilib.

FED.az xəbər verir ki, lizinq şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 353.3-cü maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 353-cü  maddəsinə görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatındadır.

Məhkəmə baxış iclası 16 iyul 2024-cü il, saat 11:20-yə təyin edilib.

Избранный
89
fed.az

1Источники