RU

Qazaxıstan nümayəndəsi ŞƏT Baş katibi təyin edilib

Astana. Trend:

Qazaxıstanın keçmiş müdafiə naziri Nurlan Yermekbayev2025-2027-ci illər üzrə ŞƏT-in Baş katibi təyin edilib.

Trend xəbərverir ki, müvafiq qərar ŞƏT-in Astana sammitində qəbul olunub.

Qeyd edək ki, 2023-cü ilin yanvarından Yermekbayev ŞƏT-in Başkatibinin müavini vəzifəsini tutub. Ondan əvvəl prezident köməkçisivə Təhlükəsizlik Şurasının katibi, din və vətəndaş cəmiyyətiməsələləri naziri olub.

ŞƏT sammiti çərçivəsində imzalanmış sənədlərlə tam tanış olmaqüçün linkə daxil olun.

Qeyd edək ki, 2024-cü il iyulun 4-də Qazaxıstanın sədrliyi iləAstanada Müstəqillik Sarayında ŞƏT sammiti keçirilir.

Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan,Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan,Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumətbaşçıları, həmçinin ŞƏ-in Baş katibi və regional ŞƏT antiterrorstrukturunun icraçı direktoru iştirak edir.

Sammitdə həmçinin BMT-nin Baş katibi və Müstəqil DövlətlərBirliyi (MDB), İslam Əməkdaşlıq Tə.kilatı (İƏT), Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadiKomissiyası (AİK) və Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatı(IOFS) kimi beynəlxalq təşkilatların rəhbərləri iştirakedirlər.

ŞƏT sammiti ilk dəfədir ki, "ŞƏT-ə üzv ölkələrin DövlətBaşçıları Şurasının iclası " və "ŞƏT+" iclası formatındakeçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
az.trend.az

1Источники