7NEWS.az xəbər verir ki, 2023-cü il noyabrın 22-də Hollandiyada keçirilən ümumi seçkilərdən yeddi ay sonra ölkənin yeni baş naziri keçmiş kəşfiyyat rəhbəri Dik Schoof oldu. Schoofun rəhbərlik etdiyi yeni hökumət Huis Ten Bosch sarayında Hollandiya kralı Willem Alexander-in iştirakı ilə and içərək vəzifəyə başladı. Schoofun rəhbərlik etdiyi koalisiya hökumətinə Geert Wilders-in ifrat sağçı Azadlıq Partiyası (PVV), Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD), Yeni Sosial Müqavilə Partiyası (MSC) və Fermerlərin Vətəndaş Hərəkatı Partiyası (BBB) daxildir. Schoof koalisiyaya başçılıq etmək tövsiyə edilən beşinci şəxs olub.
7NEWS.az