RU

Tərlan Əhmədli: “O, israrla məni komandasında görmək istədi”

"Bəlli plan üzrə hazırlığımız davam edir. Məşqlərimiz xoş əhval-ruhiyədə keçir. Günbəgün artırmaqla ideal formaya düşməkdəyik". Bu sözləri Sport24.az-a açıqlamasında Tərlan Əhmədli deyib.
29 yaşlı qolkiper "Araz-Naxçıvan"a keçidindən və qapı xəttindəki rəqabətdən də danışıb: "Araz-Naxçıvan"a transferimdə əsas məqam Elmar Baxşıyev oldu. O, israrla məni komandasında görmək istədi. Belə olduqda digər variantları yox, məhz Muxtar Respublika təmsilçisini seçdim. Burda yaxşı şərait var. Əksər futbolçularla tanışıq. Qapı xətdində ciddi rəqabət olsa da, bu məni qorxutmur. Əksinə, burda özüm üçün inkişaf görürəm. Rəqabət olmalıdı ki, "artırasan". Düşünürəm ki, bu mövsüm daha yaxşı edib, turnir cədvəlinin daha üst pillələrində yer alacağıq".
 
Qeyd edək ki, Tərlan ötən mövsüm "Turan Tovuz"un şərəfini qoruyub. ABDULLA İSMAYILOĞLU

Избранный
7
sport24.az

1Источники