7NEWS.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Çiba prefekturasının Katsuura və İsumi prefekturasının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 12.12-də 50 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə "nəhəng dalğa” xəbərdarlığı olmayıb. Zəlzələ bütün Çibada, eləcə də paytaxt Tokioda və ətrafdakı Kanaqava, İbaraki və Saitama prefekturalarında hiss olunub.
7NEWS.az