RU

“Sabah” NBA-da oynamış basketbolçu ilə gücləndi

Yeni mövsümdə Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu Hassani Qravettlə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Amerika Birləşmiş Ştatlarından olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.

O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-da çıxış edən “Orlando Mecik”in heyətində 8 matça çıxıb. Son mövsümü Polşanın “Şlask” klubunda keçirən 27 yaşlı müdafiəçi 40 görüşün iştirakçısı olub.

Xatırladaq ki, “Sabah” daha öncə Latviya millisi ilə son dünya çempionatında 5-ci olan mərkəz oyunçusu Klav Çavarı və Ukrayna millisinin hücumçusu Andrey Voynaloviçi də heyətinə qatdığını açıqlamışdı. Onlarla da 2 illik müqavilə imzalanmışdı.

Mayk Holton, Artyom Butyankov, Kamron Blu, Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədov da klubla yeni müqaviləyə imza atıblar.

Избранный
85
13
arena.az

10Источники