RU

Qadın küçənin ortasında tanımadığı şəxs tərəfindən bıçaqlandı

Qadın küçənin ortasında tanımadığı şəxs tərəfindən bıçaqlandı

Türkiyədə qadın küçədə gəzərkən tanımadığı şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, belə ki, qadın ticarət mərkəzinə gedərkən tanımadığı şəxslər tərəfindən bıçaqla hücuma məruz qalıb. Qadın naməlum şəxslər tərəfindən boynundan və digər bədən nahiyələrindən bıçaqlanıb.

Boynundan və bədəninin müxtəlif yerlərindən xəsarət alan qadın öz imkanı ilə getdiyi yanacaqdoldurma məntəqəsinə sığınaraq kömək istəyib. Xəbər verildikdən sonra hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib.

Qadın ilkin müdaxilədən sonra təcili yardımla xəstəxanaya aparılıb. Faktla bağlı istintaq davam edir.

Избранный
90
sonxeber.az

1Источники