RU

Türkiyə - Niderland oyununun hakimi açıqlandı

Türkiyənin AÇ-2024-ün 1/4 finalında Niderlanda qarşı keçirəcəyi oyunun hakimi açıqlanıb.

Xatırladaq ki, həmin qarşılaşma şənbə günü iyulun 6-da Berlində yerləşən ''Olimpiastadion''da keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. UEFA bu önəmli matça fransalı hakim Kleman Tyurpeni təyin edib.

42 yaşlı referi bu turnirdə artıq iki oyun idarə edib. O, Almaniyanın Şotlandiyanı 5:1 darmadağın etdiyi açılış oyununda, eləcə də qolsuz başa çatan İngiltərə - Sloveniya matçında fit sahibi olub. Ümumilikdə Tyurpeni Türkiyə təmsilçiləri üçün düşərli hakim saymaq olar. İndiyə qədər yığma və klub səviyyəsində Türkiyə təmsilçiləri bu hakimin idarəçiliyi altında keçirilən 6 oyundan 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılıblar. Yeganə məğlubiyyət 2017-nin avqustunda Çempionlar Liqasının təsnifatının pley-offunda ''İstanbul BŞ''nin evdə ''Sevilya''ya qarşı oyununda (1:2) qeydə alınıb.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
football-plus.az

1Источники