RU

''Qalatasaray'' bu futbolçu ilə müqaviləni yenilədi

Bir neçə gün öncə Hakim Ziyeşi daimi əsasda transfer edən ''Qalatasaray'' daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, söhbət Dris Mertensdən gedir.

Belçikalı ulduzun bu yay başa çatan müqaviləsi birillik müddətə yenilənib. Təcrübəli futbolçu 2024/25-də 2,9 milyon avro maaş qazanacaq. Mertens İstanbul nəhəngində keçirdiyi hər iki mövsümdə çempionluq sevinci yaşayıb. O, ötən mövsüm öz oyunu ilə böyük alqış qazandı və 18 məhsuldar ötürmə ilə superliqanın asist kralı oldu.

Ümumilikdə 37 yaşlı futbolçu indiyə qədər ''Qalatasaray''da 84 rəsmi oyunda 19 qol, 23 məhsuldar ötürməlik performans sərgiləyib.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
football-plus.az

1Источники