RU

Toni Kroos: "Komanda olaraq turniri qazanmağı qarşımıza məqsəd qoymuşuq"

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos İspaniya yığması ilə Avropa çempionatının 1/4 final oyunu ərəfəsində gözləntilərini bölüşüb. 

Sportal.az xəbər verir ki, UEFA-ya danışan almaniyalı çempionluq üçün oynadıqlarını bildirib: 

"Mən heç də nostalji hislərinə qapılmıram və hiss etmirəm ki, bu mənim son matçım olacaq. Yaxşı çıxış edib-etməyəcəyimizlə bağlı kifayət qədər böyük şübhələr var idi. Bu baxımdan, hesab edirəm ki, nəticəmiz heç də yaxşı faciə hesab edilməyəcək. Hər halda, biz komanda olaraq turniri qazanmağı qarşımıza məqsəd qoymuşuq".

Almaniyanın İspaniyaya qarşı keçirəcəyi görüş iyulun 5-də keçiriləcək və oyuna Bakı vaxtı ilə 20:00-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
sportal.az

1Источники