RU

Üç yaşlı qız tapança ilə qadını vurub

ABŞ -da üç yaşlı uşaq 41 yaşlı kişinin silahını götürərək yoldan keçən  qadını güllələyib. 

32gun.az bildirir ki, bu barədə 6ABC məlumat yayıb. 

Pensilvaniya ştatından olan 41 yaşlı Brayan Ziqfrid dolu tapançanı nəzarətsiz qoyduqdan sonra odlu silah pozuntusu ilə bağlı ittiham irəli sürülüb. Qonşuların ifadəsinə görə, Ziqfrid evin eyvanında oturubmuş, tapançanı əlində gəzdirib.

Sonradan o, ayağa qalxıb, silahı eyvanda qoyaraq yolu keçməyə başlayıb. Daha sonra o, polisə silahı saxlamaqdan bezdiyini deyib.

Bu zaman üç-beş yaşlarında dörd uşaq eyvana qaçıblar. Üç yaşlı qız silah tapıb, onu götürüb və təsadüfən yaxınlıqdakı 33 yaşlı qadını kürəyindən vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub. O, reanimasiyadadır, həkimlər onun sağ qalacağına inanırlar.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
32gun.az

1Источники