RU

Ərdoğan Şuşa səfərini təxirə saldı - səbəb

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyə millisinin futbolçusu Merih Demiralı dəstəkləmək üçün Şuşaya səfərindən imtina edib. Bu barədə "A Haber" kanalı məlumat verib.

Bəlli olduğu kimi, iyulun 6-da, Berlində futbol üzrə Avropa Çempionatının dörddə bir finalında Türkiyə ilə Niderland komandaları qarşılaşacaqlar.

Həmin tarixdə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının sammitinin keçirilməsi planlaşdırılıb.

Bəlli olduğu kimi, İyulun 3-də, AÇ-nin səkkizdə bir finalında Türkiyə komandası 2:1 hesabı ilə Avstriya komandasını məğlub edib. Dublun müəllifi Merih Demiral ikinci qolu vurduqdan sonra Bozqurd işarəsi göstərib, UEFA isə bununla bağlı ona qarşı araşdırma başlayıb.

Telekanalın xəbərinə görə, Ərdoğan həmin insidentdən (UEFA-nın qərarı) sonra Türkiyə vətəndaşlarında ruh yüksəkliyi yaratmaq və onları dəstəklədiyini göstərmək açan Almaniyaya gedəcək.

Hürr Tərcüman

 

Избранный
62
2
hurriyyet.az

3Источники