Portuqaliyalı hücumçu Kriştiano Ronaldo AÇ-2024-ün 1/8 final mərhələsində Türkiyə-Avstriya (2:1) oyunundan sonra Türkiyə yığmasının üzvü, Avstriyaya 2 qol vuran Merih Demirala zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı müdafiəçinin özü yayıb.
"Bəli, Kriştiano Ronaldo mənə zəng etdi və təbriklərini çatdırdı”, deyə o, qeyd edib.
Xatırladaq ki, Merih Demiral və Kriştiano Ronaldo 2019/2021-ci illərdə “Yuventus”da birlikdə oynayıblar.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта